İordan çayının qərb sahilində uşaq qatili rejimin polis hücumu nəticəsində 2 nəfər şəhid olub, 36 nəfər yaralanıb.
Sionist rejimin xüsusi polis qüvvələrinin İordan çayının qərb sahilinin şimalında bugünkü hücumu indiyədək iki şəhid və otuz altı nəfərin yaralanmasına səbəb olub. Fələstin Muxtariyyət Təşkilatının baş naziri bu hücumu işğalçı rejimin “dövlət terroru” adlandırıb.
Fələstinin Səhiyyə Nazirliyi çərşənbə günü sionist rejimin Nablus şəhərinin (İordan çayının qərb sahilinin şimal mərkəzi) bölgələrinə hücumu nəticəsində azı iki fələstinlinin həlak olduğunu bildirib.
“Maa” xəbər agentliyinin verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyi 36 yaralıdan dördünün vəziyyətinin kritik olduğunu açıqlayıb.
Bu xəbərə əsasən, “Yəmam” qüvvələri (sionist rejim polisinin dörd xüsusi bölməsindən biri) bu gün Əl-Qəsbə məhəlləsində fələstinli gəncin təqibindən sonra bir yaşayış evini mühasirəyə alıb və məhəllə əhalisi ilə toqquşub.
Onlar mühasirəyə alınan evə iki raket atıblar. Nablusdakı Qırmızı Aypara təşkilatı da sionist əsgərlərin güllələrindən yaralanan insanların xəstəxanaya aparıldığını bildirib.
Həmçinin, bir neçə nəfər gözyaşardıcı qazdan zəhərlənib və onlara çöldə tibbi yardım göstərilib.
“Vəfa” xəbər agentliyi bildirib ki, Səhiyyə Nazirliyinin açıqlamasında, iki nəfərin şəhid olması ilə yanaşı, Rufeyda Dövlət Xəstəxanasına göndərilən 24 yaralıdan dördünün vəziyyətinin kritik olduğu açıqlanıb.
Fələstin Muxtariyyət Təşkilatının Baş naziri Məhəmməd Aştiyə bu gün Nablus hücumuna cavab olaraq vurğulayıb ki, sionist rejim polisinin bu hərəkətləri “dövlət terroru”dur və məqsədi bu rejimin daxili problemlərini ört-basdır etməkdir.
Vəfa xəbər agentliyinin məlumatına görə, Aştiyyə bugünkü hücumu “İsrailin daxili böhranını fələstinlilərə ötürməyə çalışdığı mütəşəkkil terrorizm” kimi qiymətləndirib. O deyib: Birləşmiş Millətlər Təşkilatı ikili standart siyasətini dayandırmalıdır, çünki bu, İsrailin Fələstin xalqına qarşı təcavüzünü davam etdirməsinə səbəb olur.