İordan çayının qərb sahilindəki sionist yaşayış məntəqəsinə raket atılıb

İordan çayının qərb sahilindəki sionist yaşayış məntəqəsinə raket atılıb

Fələstin müqavimət qrupu bu gün sionistlərin Məscidül-Əqsaya hücumuna cavab olaraq sionistlərin “Ramun” qəsəbəsinə doğru raket atıb.

  HƏMAS hərəkatının hərbi qanadı olan “Əl-Qəssam”a bağlı “Əl-Əyaş” müqavimət qruplaşması bu gün (27 iyul cümə axşamı) bəyanat verərək, sionist “Ramun” şəhərinə “Qəssam 1” raketi atıldığını bildirib.

Bu Fələstin müqavimət qrupu sionist mühacirlər və Netanyahunun kabinetinin ifrat maliyyə naziri İtmar Ben Guerinin Əl-Əqsa məscidinə hücumuna cavab olaraq bu raketi atdıqlarını açıqlayıb.

Tel-Əvivin Qəzza və ya Livandan İordan çayının qərb sahilinə raket istehsalı təcrübəsinin ötürülməsinin qarşısını almağa cəhd etməsinə baxmayaraq, müqavimət qrupları bir müddətdir ki, İordan çayının qərb sahilində raket istehsalında uğur qazanıb və onlardan işğalçı qüvvələrə və sionist yaşayış məntəqələrinə qarşı istifadə edirlər. Analitiklərin fikrincə, bu, sionistlər üçün qorxulu yuxu ola bilər.

Bu səhər yüzlərlə sionist mühacir Ben Guerin müşayiəti və işğalçı qüvvələrin təhlükəsizlik tədbirləri ilə “məbədin dağıdılmasının ildönümü” bəhanəsi ilə Əl-Əqsa məscidinin həyətlərinə basqın edərək, fələstinli ibadətçilərin girişinə mane olmuş və Talmud ayinləri keçirmi.lər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + nineteen =