İordan Vadisində anti-sionist əməliyyatı, ən azı 3 sionist öldürüldü

Xəbər mənbələri İordan çayının qərb sahilində anti-sionist əməliyyatı və ən azı 3 sionistin öldürülməsi barədə məlumat veriblər.
Sionist mənbələr bildiriblər ki, İordan çayının qərb sahilində Qalqilyyənin şərqində Əl-Fəndəq kəndi yaxınlığında bir nəfər avtomobilin içərisindən sionistlərin avtobusuna tərəf atəş açıb.
Bununla bağlı sionist rejimin 12-ci kanalı xəbər verib ki, bu əməliyyat nəticəsində indiyədək 3 sionist öldürülüb, 9-u yaralanıb, onlardan 3-nün vəziyyəti çox ağırdır.
Əməliyyatın icraçısı maşına minərək məkanı tərk edib.