İordaniya Kralı: Biz Fələstin xalqının deportasiya planına qarşıyıq

İordaniya kralı ölkəsinin Fələstin xalqının öz torpaqlarından didərgin salınmasına qarşı olduğunu vurğulayıb.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumatına görə, İordaniya kralı II Abdullah bu gün (5 fevral) Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşdə iki dövlətli həll əsasında ədalətli və hərtərəfli sülhə nail olmağın vacibliyini vurğulayaraq deyib: Bu həll yolu 4 iyun 1967-ci il sərhədləri əsasında paytaxtı Qüds olmaqla müstəqil Fələstin dövlətinin qurulmasına gətirib çıxarmalıdır.
II Abdullah bir daha İordaniyanın fələstinli qardaşların qanuni hüquqlarının əldə edilməsində onlara tam dəstəyini vurğulayıb və məskunlaşma siyasətini dayandırmağın, torpaqların ilhaqına dair hər hansı cəhdin rədd edilməsinin, Qəzza və İordan çayının qərb sahilində fələstinlilərin köçürülməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.