İordaniya Kralı: Qüdsün tarixi vəziyyətinə xələl gəlməsini qəbul etmirik
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Ölkənin Fələstin məsələsindəki qəti mövqeyini vurğulayan İordaniya kralı Qüdsdəki tarixi vəziyyətə ziyan dəyməsini qəbul etməyəcəyini söylədi.
İordaniya Kralı II Abdullah Cümə axşamı Nümayəndələr Palatasında etdiyi çıxışında: “Fələstin məsələsindəki mövqeyimiz dəyişməyibi və paytaxtı Qüds olmaq şərtilə bir Fələstin dövlətinin qurulması ilə razıyıq.” – deyə vurğuladı.
İordaniya Kralı İordaniyanın İslam və Xristian müqəddəs yerləri üzərindəki 100 ildən artıq qəyyumluğunun qürur duyulan bir vəzifə və məsuliyyət olduğunu da söylədi.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, II Abdullah ayrıca Qüdsün tarixi vəziyyətinə ziyan dəyməməsinə çalışdığını və Əqsa məscidi ilə Qüds ziyarətgahının bölüşdürülməyəcəyini də vurğuladı.
İordaniya Kralı iki dövlətli bir həll yolu ilə ədalətli və hərtərəfli bir barışığın reallaşmasının strateji bir seçim olduğunu və 4 iyun 1967-ci il tarixində Şərqi Qüdsün sərhədlərində müstəqil Fələstin dövlətinin qurulmasının buna bir zəmanət olduğunu da əlavə etdi.