İordaniya kralı Trampın Qəzza planını yenidən rədd edib

İordaniya kralı ABŞ prezidenti Donald Trampla görüşdən sonra sosial mediada açıqlamalar verərək, Trampın Qəzza planına qarşı olduğunu bir daha vurğuladığını bildirib.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Kral II Abdullah dünən (11 fevral) X hesabında yazıb: İki dövlətli həll yoluna əsaslanan ədalətli sülhə nail olmaq regional sabitliyi təmin etmək üçün bir yoldur. Bunun üçün Amerika rəhbərliyi lazımdır. Prezident Tramp sülh adamıdır. O, Qəzzada atəşkəsin əldə olunmasında mühüm rol oynayıb. Biz Amerikaya və bütün tərəflərə onun qorunub saxlanmasını təmin etmək istəyirik.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı yerli vaxtla İordaniya kralı ilə görüşündə jurnalistlərə bildirib ki, o, Qəzza zolağına nəzarət edərsə, Qəzzada daşınmaz əmlakı şəxsən inkişaf etdirməyəcək.
Tramp bu sözləri Ağ Evdə ərəb ölkələrinin ABŞ prezidentinin planına qarşı çıxmasına rəhbərlik edən İordaniya kralı II Abdulla ilə söhbətində deyib.