İordaniya müqavimət qruplarının tələblərinə dəstəkdir

İordaniya müqavimət qruplarının tələblərinə dəstəkdir

 Minlərlə iordaniyalı İslami Hərəkat və Milli Məclis tərəfindən bu ölkənin paytaxtı Əmmanda Amerika səfirliyi yaxınlığında müqavimətə dəstək və vətəni qorumaq üçün təşkil edilən böyük mərasimdə iştirak edib.

Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (14 iyun) keçirilən bu yürüşdə məqsəd sionist rejimin Qəzzə xalqına qarşı ABŞ-ın hərbi, siyasi və iqtisadi dəstəyi ilə həyata keçirilən soyqırımını pisləmək olub.

Bu yürüşdə iştirak edənlər deyir: Biz öz əhdimizə sadiq qalacaq və Qəzzadakı qardaşlarımızı və onların qanuni müqavimətini dəstəkləyəcəyik. Amerika terrorizmin başıdır və Qəzzada tökülən hər damla Fələstin qanına görə məsuliyyət daşıyır.

İordaniya Müqavimətə Dəstək Milli Hərəkatın üzvü Xalid Əl-Cəhni deyib: Qəzzada ABŞ-ın dəstəyi ilə həyata keçirilən terror və qətllərə baxmayaraq, bu insanlar müqaviməti dəstəkləməyə davam edəcək. ABŞ sionist düşmənin himayədarı kimi Qəzzada tökülən hər damla qana görə məsuliyyət daşıyır.

Bu mərasimin iştirakçıları Fələstinin müqavimət qruplarından Fələstinin azadlığı, öz müqəddəratını təyinetmə hüququ və sionist qüvvələrin Qəzzədən tamamilə çıxarılması ilə bağlı tələblərinə əməl etmələrini istəyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 5 =