İordaniya Netanyahuya etibar etmir

İordaniya Netanyahuya etibar etmir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, 1994-cü il Arava Vadisi Sülh Müqaviləsi öhdəliklərinin ziddinə olaraq, sionist rejimi Baş nazir Benyamin Netanyahunun əmri ilə keçən həftədən bəri İordaniyaya su tədarükünü dayandırıb

Netanyahunun bu əmri, sionist rejimi ilə İordaniya arasındakı ixtilafın yalnız bir hissəsidir. Belə ki bu yaxınlarda İordaniya vəliəhdi Hüseynin Əl-Əqsa məscidini ziyarət etməsi əngəllənmişdir və İordaniya isə buna cavab olaraq Netanyahunun təyyarəsinin bu ölkənin üzərindən uçmasına mane olub.

“Middle East Eye” veb saytına görə, Netanyahu BƏƏ-yə getmək və seçki kampaniyası üçün Əbu-Dabi vəliəhdi Məhəmməd bin Zayidlə xatirə şəkli çəkdirmək fürsətindən istifadə etmək istəsə də, İordaniya Netanyahunun təyyarəsinin bu ölkə üzərindən keçməsinə icazə verməmişdi.

Arabi 21 saytının verdiyi məlumata görə, İordaniya Baş nazirinin keçmiş müavini Məmduh Əl-Abadinin də II Abdullahın Netanyahuya etibar etmədiyini və ondan qorxduğunu söylədiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =