İordaniya parlamenti İsrail səfirinin ölkədən çıxarılması planını təsdiqləyib

İordaniya parlamenti İsrail səfirinin ölkədən çıxarılması planını təsdiqləyib

İordaniya parlamentinin 80-dən çox üzvü İsrail səfirinin ölkədən çıxarılması planını hökumətə təqdim etməyə razılaşıb.

İordaniyanın Xarici İşlər naziri Əymən Əs-Səfədi bazar ertəsi parlament iclasında bildirib ki, İordaniya İsrailin İslam və Xristian ziyarətgahlarının hüquqi və tarixi statusunu dəyişdirmək üçün qanunsuz hərəkətlərinə qarşı mübarizə aparmaq üçün səylərini davam etdirir.

 “Biz İsrail səfirini çağırdıq, lakin o, gəlmədi. Tezliklə biz İsrail səfirini çağırıb işğal olunmuş ərazilərdə baş verənlərə etiraz mesajı verəcəyik.

İordaniyanın Amun internet saytının məlumatına görə, Əs-Sədəfi, həmçinin, bildirib ki, İordaniya sionist rejimin məscidə qarşı təcavüzü ilə mübarizədə səylərini artırıb.

Cümə axşamı isə Ərəb Liqasının İsrail təcavüzü ilə məşğul olan komitəsinin Qüdsün müqəddəs ziyarətgahında toplanması planlaşdırılır.

Əs-Səfədi vurğulayıb ki, müqəddəs Qüds hərəminin zaman və məkan baxımından bölünməsi heç vaxt mümkün deyil və Məscidül-Əqsa müsəlmanların ibadət yeridir.

Sionistlərin Məscidül-Əqsa və fələstinlilərə qarşı təcavüzü mübarək Ramazan ayında güclənib və dünən Məscidül-Əqsa sionist ordusunun hücumuna səhnə olub.

Son günlərdə Fələstin müqaviməti, hətta HƏMAS-ın siyasi bürosunun üzvü Harun Nasirəd-din işğalçılara Qüdsdə gərginliyin artması ilə bağlı xəbərdarlıq edib. Əl-Əqsa məscidinə təcavüzü və sionistlərin orada qurban kəsmək istəyi ilə bağlı sionist rejimə bildirib:

“HƏMAS vasitəçilərə Məscidül-Əqsada hər hansı bir qurban kəsiminin müharibə elanı olduğunu və Qüds qılıncı 2 əməliyyatının əvvəlki əməliyyatdan daha şiddətli olacağını çatdırıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + seventeen =