İordaniya parlamentinin iclasında deputatlar arasında əlbayaxa dava olub -VİDEO

İordaniya parlamentinin iclasında deputatlar arasında əlbayaxa dava olub -VİDEO

İordaniya parlamentinin konstitusiya islahatı məsələsini müzakirə etmək üçün keçirilən bugünkü iclasında müxtəlif nümayəndələr arasında əlbayaxa dava baş verib.

SalamNews xəbər verir ki, İordaniya parlamentinin bugünkü iclasında ölkə konstitusiyasına dəyişiklik edilməsi məsələsinin müzakirəsi zamanı fiziki qarşıdurma olub.

Məlumata görə, İordaniya parlamentinin üzvləri arasında şifahi və fiziki qarşıdurma ölkə konstitusiyasına dəyişiklik edilməsinə baxılması üçün parlament iclasının təxirə salınmasına səbəb olub.

Parlament sədri Əbdül Kərim əl-Duqami onları sakitləşdirməyə və qarşıdurmalara son qoymağa çalışsa da qarşıdurmanın davam etməsindən sonra iclas təxirə salınıb.

Deputatlar arasında fiziki qarşıdurma iclasın təxirə salınmasının elanı ilə bitməyib və bəzi nümayəndələr bir-birini döyməyə davam ediblər və bu səhnələrdən bəziləri müxbirlərin kameralarına düşüb

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − two =