İordaniya Suriya ilə ticarət sərhədini yenidən açır
Eastnews.org-un verdiyi xəbərə görə, İordaniya rəsmiləri koronavirusun yayılmasının qarşısını almaq üçün ölkənin Suriya ilə sərhəd keçid məntəqəsinin bir ay müddətinə bağlanmasından sonra yük maşını sürücülərinin sağlamlıq qaydalarına uyğun olaraq bu ölkəyə girə biləcəyini bildirib.
İordaniya rəsmiləri dünən etibarən quru sərhədindən malların ötürülməsinin davamlı olaraq həyata keçiriləcəyini açıqlayıb.
İordaniya avqustun ortalarında onlarla sərhəd gözətçisinin virusa yoluxmasından sonra Livan və Suriyadan Fars körfəzinə mal daşınması üçün əsas liman olan keçidi bağlamaq məcburiyyətində qalmışdı.