İordaniyalılar Qəzza və Fələstinə dəstək nümayişi keçirdi

İordaniyalılar Qəzza və Fələstinə dəstək nümayişi keçirdi

İordaniyalılar da Qəzzaya və Fələstin müqavimətinə dəstək və Tel Əviv aparteid rejiminə qarşı nümayiş keçirib.

İRNA-nın verdiyi məlumata görə, İordaniya xalqı dünən gecə (27 oktyabr) Fələstin xalqına dəstək məqsədilə Amerikanın Əmmandakı səfirliyi qarşısında nümayiş keçiriblər.

Qeyd edək ki, Fələstin informasiya qaynaqları Qəzzada yerləşən media ofisi cümə günü gecə sionist rejimin hücumlarında 42 min 885 nəfərin şəhid olduğunu açıqlayıb. Şəhidlərin 17 210 uşaq, 11 742 qadındır.

Fələstin Muxtariyyəti hökumətinin media ofisi sionist rejim tərəfindən təxminən 1206 fələstinli ailənin qətlə yetirildiyini açıqlayıb. Bu müddət ərzində 147 fələstinli tibb işçisi, 85 yardım işçisi və 177 jurnalist sionist rejim tərəfindən şəhid olub.

İsrail rejimi ABŞ-ın dəstəyi ilə 2023-cü il oktyabrın 7-dən Qəzza zolağının sakinlərinə qarşı dağıdıcı müharibəyə başlayıb və nəticədə 42 mindən artıq fələstinli həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =