İordaniyalılar sionist rejimin səfirliyi qarşısında etiraz aksiyası keçirib

İordaniyalılar sionist rejimin səfirliyi qarşısında etiraz aksiyası keçirib

İordaniya vətəndaşları sionist rejimin bu ölkənin məhbuslarına qarşı təcavüzünə etiraz olaraq İordaniyanın paytaxtı Əmmanda Tel-Əviv səfirliyi qarşısında nümayiş keçiriblər.

Cümə günü İordaniya vətəndaşları İordaniyada məhbusları dəstəkləyən komitələrin dəvəti ilə sionistlərin Əmmandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

  Sionist rejim zindanlarında 5 dəfə ömürlük həbsə məhkum edilmiş iordaniyalı məhbus Munir Mərinin qardaşı Şahin Məri deyib:

 “İsrail hakimiyyətinin məhbuslara qarşı bu təcavüzləri davam etdikcə, məhbuslar da müqəddəs Ramazan ayının əvvəlində ümumi aclıq aksiyası keçirəcəklər.”

 “Şahab News” saytının xəbərinə görə, iordaniyalı məhbuslara dəstək verən fəal komitələr bu nümayişin işğalçı rejim həbsxanalarında kişi və qadın məhbuslara qarşı vəhşi hərəkətlərə, o cümlədən, məhbusların edam qanununa etiraz olaraq keçirildiyini bildiriblər.

Nümayişçilər şüarlar səsləndirib, məhbusları möhkəm durmağa çağırıb və Knessetin şəhidlik əməliyyatının icraçılarının edamına dair qanun layihəsini pisləyiblər.

Ötən ilin yanvarında sionist rejim zindanlarında olan iordaniyalı məhbusların ailələri bu ölkənin Xarici İşlər Nazirliyinə məktub ünvanlayaraq məhbusların edamına dair qanunun təsdiqinin qarşısını almaq üçün lazımi tədbirlərin görülməsini tələb ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 7 =