İordaniyanın sionist rejimin təcavüzünün davam etməsi ilə bağlı xəbərdarlığı

İordaniyanın sionist rejimin təcavüzünün davam etməsi ilə bağlı xəbərdarlığı

İordaniyanın Xarici İşlər Nazirliyi sionist rejimin fələstinlilərə qarşı təcavüzünün davam etməsini və bu rejimin İordan çayının qərb sahilindəki Cənin şəhərinə hücumunu pisləyib.

İordaniya Xarici İşlər Nazirliyi sionistlərin İordan çayının qərb sahilindəki Cənin şəhərinə hücumunu pisləyərək, bu təcavüzlərin davamı ilə bağlı xəbərdarlıq edib.

Bir qrup sionist hərbçi bu bazar ertəsi səhər qəflətən Cənin şəhərinə daxil olub və dinc əhaliyə atəş açıb. Bu hücumlardan sonra 4 fələstinli şəhid olub, onlarla insan yaralanıb.

İordaniya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Sənan Əl-Məcali Fələstin şəhərlərinə dəfələrlə edilən hücumların dayandırılmasının və bu şəhərin sionist təcavüzünə qarşı dəstəklənməsinin və beynəlxalq hüquqa zidd olan sionist hücumlarının dayandırılmasının zəruriliyini vurğulayıb.

İordaniyanın “Ommun” internet saytının xəbərinə görə, Məcali həmçinin İordaniyanın bu təcavüzlərə və gərginliyi azaltmaq səylərinə zərbə vuran birtərəfli hərəkətlərə qarşı mövqeyini vurğulayıb.

 O, beynəlxalq ictimaiyyətin bu təcavüzləri dayandırmaq və işğal olunmuş Fələstin torpaqlarında Fələstin xalqına dəstək vermək üçün təcili və effektiv addım atmasını zəruri adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + eighteen =