İrəvanda etirazçıların çadır düşərgəsi yığışdırılıb

İrəvanda etirazçıların çadır düşərgəsi yığışdırılıb

Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə bağlı keçirilən etiraz aksiyalarının iştirakçılarının çadır düşərgəsi yığışdırılıb, İrəvanda Marşal Baqramyan prospekti boyu nəqliyyatın hərəkəti bərpa edilib.

Rusiya KİV-i xəbər verir ki, aksiyaçılar “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanın düşərgənin başqa yerə köçürülməsi ilə bağlı bəyanatından sonra gecə saatlarında çadır düşərgəsini yığışdırmağa başlayıblar.

Ötən gün B.Qalstanyan etirazçıların iyunun 17-də yenidən parlament binası yaxınlığında toplaşacağını bildirib. Bu tarixdə müxalifət fraksiyalarının tələbi ilə hökumətin istefası ilə bağlı parlamentin növbədənkənar iclası keçiriləcək.

Ermənistanda “Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prossesi çərçivəsində əldə olunmuş razılaşmalara etiraz əlaməti olaraq aprelin 20-dən Paşinyanın istefası tələbi ilə “Vətən naminə Tavuş” hərəkatına start verib.

Bu keşişin Paşinyanın siyasi müxalifəti tərəfindən ciddi dəstəklənməsi müşahidə olunmur. Paşinyan dəfələrlə bildirib ki, Ermənistanın müstəqilliyini hədəfə alan bu keşişə öz məqsədinə nail olması üçün imkan verilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + six =