İrəvanda keçmiş zavodun ərazisində yanğın başlayıb

İrəvanda keçmiş zavodun ərazisində yanğın başlayıb

Ermənistanın paytaxtı İrəvan şəhərinin Arşakunyats prospektində yerləşən keçmiş zavodun ərazisində yanğın başlayıb.

“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tikintisi başa çatmayan binada yanğın başlaması barədə siqnal yerli vaxtla saat 08:30-da FHN-ə daxil olub. Hadisə yerinə 3 yanğınsöndürən-xilasedici briqadası göndərilib.

“Sputnik Ermənistan” yanğının bir vaxtlar plastik məmulatların istehsalı ilə məşğul olan zavodun fəaliyyət göstərdiyi ərazidə baş verdiyini vurğulayıb.

Reprot.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × four =