İrəvanda KTMT sammitinin keçirilməsinə etiraz edən 4 nəfər saxlanılıb

İrəvanda KTMT sammitinin keçirilməsinə etiraz edən 4 nəfər saxlanılıb

İrəvanda Ermənistan Avropa Partiyasının lideri Tiqran Xzmalyan saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yerli polisə istinadən məlumat yayıb.

Ondan başqa daha 3 nəfərin həbs olunduğu bildirilir.

T.Xzmalyan İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə qarşı etiraz aksiyası təşkil etmək istəyərkən saxlanılıb.

Onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 182-ci (“Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq”) maddəsi ilə ittiham irəli sürülüb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 17 =