İrəvani: Amerika sionist rejimin soyqırımının ortağı və faciəni davam etdirəndir

İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Nəkbənin (Fələstinin işğalı faciəsinin) ildönümünə təsadüf edən BMT-nin xüsusi iclasında sionist rejimin Fələstin xalqına qarşı davam edən cinayətlərinə toxunaraq, bu hərəkətləri soyqırımın bariz nümunəsi hesab edib və ABŞ-ı bu cinayətin tam ortağı kimi təqdim edib.
O, sözlərinə belə davam etdi: “Biz bu görüşə toplaşdığımız bir vaxtda İsrail rejimi ABŞ-ın dəstəyi və köməyi ilə xəstəxanaları, məktəbləri, qadınları, uşaqları, BMT əməkdaşlarını, jurnalistləri və s.-ni qəsdən hədəfə alır ki, bu da indiyədək altmış minə yaxın insanın şəhid olması və daha çox insanın yaralanması və itkin düşməsi ilə nəticələnib”.
İran İslam Respublikasının yüksək səviyyəli diplomatı əlavə edib: Bu rejimin iyrənc cinayətlərinin dəlilləri danılmazdır və beynəlxalq ictimaiyyət, Beynəlxalq Ədalət Məhkəməsi və digər səlahiyyətli məhkəmə orqanları bu vəhşiliklərin miqyasını yaxşı bilirlər.
İranın BMT-dəki səfiri bəyan edib: Bu, Fələstin xalqının onilliklər ərzində həm fiziki, həm də psixoloji olaraq davam edən böyük əzab və səfaləti aşkar edən sənədlərin yalnız bir hissəsidir.