İran ədalətli dünya qurmaq üçün BRİKS-i gücləndirməyi vurğulayır

İran ədalətli dünya qurmaq üçün BRİKS-i gücləndirməyi vurğulayır

Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini deyib: “BRİKS ölkələrinin ticarət birjalarında dollardan asılılığı azaltmaq əzmi ciddidir. Təbiidir ki, bu dövlətlər bu məqsədi həyata keçirmək üçün üzv ölkələr arasında müxtəlif infrastrukturlar yaratmalıdırlar.”

15-ci Rusiya-İslam Dünya İqtisadi Əməkdaşlıq Sammitində (Kazan Forumu) iştirak etmək məqsədi ilə Rusiyanın Tatarıstan Respublikasına səfər edən Əli Baqiri bu sözləri sammit çərçivəsində jurnalistlərə açıqlamasında və BRİKS-in vahid valyuta vahidi ilə bağlı suala cavabında deyib.

O, bildirib: “BRİKS ölkələrinin dollardan asılılığını azaltmaq planları izlənilir və hazırda onun həyata keçirilməsi mexanizmi bu ölkələrin mütəxəssisləri və ekspertləri arasında müzakirə edilir və fikir mübadiləsi aparılır.”

Xarici işlər nazirinin müavini bu mətbuat konfransının başqa bir hissəsində İran və Rusiya əməkdaşlığının heç bir üçüncü ölkəyə qarşı olmadığını vurğulayaraq deyib: “Bu əməkdaşlıqlar iki xalqın rifahına, regional sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində xidmət edir.”

176543
176543

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 16 =