İran ərəb liqasının üçlü İran adaları barədəki iddiasını pisləyib
Dəfələrlə vurğulanıbdır ki, üçlü İran adaları İran İslam Respublikasının ayrılmaz və əbədi hissəsidir və sözügedən bəyanatda irəli sürülən əsassız iddialar rədd olunur. Bu sözləri İran diplomatiya aparatının rəsmi nümayəndəsi deyib.
İran xarici işlər nazirliyinin rəsmi nümayəndəsi ərəb liqasının Bəhreyndə keçirilən otuz üçüncü sammitinin bəyanatında dərc olunmuş Fars Körfəzində yerləşən üçlü İran adaları ilə bağlı bəndi pisləyib.
Dəfələrlə deyilib və təkid edilibdir ki, Əbu-Musa, Böyük Tonb və Kiçik Tonb kimi üçlü İran adaları İran İslam Respublikasının ayrılmaz və əbədi hissəsidir və sözügedən bəyanatda irəli sürülən əsassız iddialar rədd olunur- deyə, İran diplomatiya aparatının sözçüsü deyib.
İran xarici işlər nazirliyinin mətbuat katibi eyni zamanda sionist rejimin Qəzzə zolağında törətdiyi hərbi cinayətlərin pislənilməsi və məzlum Fələstin xalqının müdafiə edilməsi istiqamətində yayılan yekun bəyanatın bəndlərini alqışlayıb və sionist rejimin hərbi cinayətlərini dayandırmaq üçün islami ölkələrinin daha çox birləşmələri vacibliyinə təkid edib.