İran: 2722 saylı qətnamə sionistlər üçün müdafiə qalxanı yaratmaq məqsədi ilə verilib

İran: 2722 saylı qətnamə sionistlər üçün müdafiə qalxanı yaratmaq məqsədi ilə verilib

Xarici İşlər Nazirliyinin sözçüsü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Amerika Birləşmiş Ştatlarının rəhbərliyi və mərkəzliyi ilə təqdim və təsdiq edilmiş 2722 saylı qətnaməsinə cavab olaraq deyib: Bu qətnamə, zahirən, Qırmızı dənizdə gəmiçilik hüquqlarını dəstəklədiyini iddia edir, lakin bu, əsas etibarilə Amerikanın sionist rejimə dəstək verməsi və bu rejimin Qəzzanın müdafiəsiz xalqına qarşı cinayətlərinin davam etdirilməsi istiqamətində siyasi məqsədlərini təmin etmək üçün bir pərdədir.

İRNA-nın xarici siyasət şöbəsinin hesabatına əsasən, Nasir Kənani deyib: ABŞ hökuməti İsrail rejiminin cinayətlərini dayandırmaq üçün qətiyyətli addımlar atmaq əvəzinə, tam siyasi, hərbi, beynəlxalq və diplomatik dəstəyi ilə sözügedən rejimin yanında olmağa davam edir.

Sionist rejimin Qəzza zolağının müdafiəsiz xalqına qarşı 3 aydan artıq dağıdıcı və qeyri-insani hərbi hücumlarına baxmayaraq, ABŞ-ın Təhlükəsizlik Şurasında Qəzzaya qarşı müharibənin dayandırılması tələbini özündə əks etdirən qətnamənin qəbulunun qarşısının alınması istiqamətində hərəkəti, praktiki olaraq Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə vəzifələrinin icrasına mane olur və beynəlxalq ictimaiyyətin fələstinlilərin öldürülməsinə son qoyulması və atəşkəsin bərpa olması tələbinə qarşı çıxır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 2 =