İran 4 gəminin “girov götürülməsi” xəbərinə münasibət bildirdi

İran 4 gəminin “girov götürülməsi” xəbərinə münasibət bildirdi

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə  Oman dənizində və BƏƏ sahillərinə yaxın bir neçə gəminin girov götürülməsi ilə bağlı xəbərlərə münasibət bildirib. 

Bu barədə İSNA məlumat yayıb.

Məlumatda bildirilir ki, XİN rəsmisi sözügedən xəbərləri şübhəli andlandıraraq, qarşı tərəfi bu tipli məlumatların vasitəsilə siyasi hədəfləri güdməməyə çağırıb. 

Xətibzadə onu da vurğulayıb ki, ölkəsi digər region dövlətləri və beynəlxalq tərəflərlə birgə dəniz nəqliyyatı ilə bağlı yaranmış problemlərin həllinə hazırdır.

Qeyd edək ki, bundan öncə İranın Silahlı Qüvvələrinin Mətbuat Xidməti qarşı tərəfi sözügedən təzadlı xəbərlərlə hər hansı şəkildə “macəraçılıq” etməyi çağırıb. 

Xatırladaq ki, ABŞ, Britaniya, Kanada və Rumuniya ötən həftə Oman dənizində İsrail gəmisinə hücumla bağlı İranı ittihamlandırıblar. ABŞ dövlət katibi Antonio Blinken İrana “birgə və münasib cavab”dan söz açıb.

Faktxeber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − ten =