İran ABŞ bazasına hücumün yeni görüntülərini yayımlayıb
İran ABŞ-ın İraqdakı mərkəzi bazasına hücumu idarə edən əməliyyat otağının görüntülərini yayımlayıb.
İnterAz SalamNews-a istinadən xəbər verir ki, İranın İslam İnqilabının Keşikçilər Ordusu ABŞ bazasına hücuma aid bəzi görüntüləri yayımalyıb.
Ötən ilin yanvar ayında ABŞ-ın İraqın əl-Ənbar əyalətində yerləşən Eynul-Əsəd bazasına raket hücumunu idarə edən əməliyyat otağının görüntülərində Sepah-ın Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadə yer alıb.
O bu videoda “vur” əmrini verir və sonra raketlərın atılışı arasında müəyyən fasilələrin verilməsini istəyir. O deyir:
“Biz bunu edirik ki, onlar uzaqlaşa bilsinlər, biz onlar kimi cinayətkar deyilik. Lakin onlar ağanı (Qasim Süleymani) vuranda iki raketin arasında bir-iki saniyə fasilə olmuşdu.”
Qeyd edək ki, bu hücumda ABŞ-ın 80 civarında əsgəri xəsarət almış, müalicə üçün Küveyt və Almaniyaya aparılmışdı.