İran-ABŞ danışıqlarının 6-cı raundu iyunun 15-də keçiriləcək

İran – ABŞ danışıqlarının 6-cı raundu iyunun 15-də Omanın paytaxtı Maskatda keçiriləcək.
APA xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Qeyd edək ki, öncəki mərhələ mayın 23-də Romada baş tutub.