İran, ABŞ-nin Yəmən və Qırmızı dənizlə bağlı ittihamlarına cavab verdi

İran, ABŞ-nin Yəmən və Qırmızı dənizlə bağlı ittihamlarına cavab verdi

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani, BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktubda ABŞ-nin İran əleyhinə Yəmən və Qırmızı dənizlə bağlı irəli sürdüyü “əsassız və reallığa zidd iddiaları” qətiyyətlə rədd edib.

İranlı diplomat bildirib ki, İran İslam Respublikası beynəlxalq öhdəliklərinə və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tam şəkildə sadiqdir və Yəmən böhranının yəmənlilərin rəhbərliyi ilə sülh yolu ilə və əhatəli şəkildə həll olunmasını dəstəkləməyə davam edir.

İrəvani 16 iyul (yerli vaxtla çərşənbə günü) BMT-nin Baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda vurğulayıb: “Təəssüf doğurur ki, Amerika Birləşmiş Ştatları Təhlükəsizlik Şurasının tribunasından sui-istifadə edərək diqqəti özünün bölgədə sabitliyi pozan hərəkətlərindən, o cümlədən Yəməndəki hərbi müdaxilələrdən və İsrailin bu ölkəyə və bölgənin digər hissələrinə qarşı təcavüzünə verdiyi dəstəkdən yayındırmağa çalışır.”

Məktubun davamında deyilir: “ABŞ nümayəndəsinin 9 iyul və 15 iyul 2025-ci il tarixlərində Təhlükəsizlik Şurasının müvafiq olaraq ‘Yaxın Şərqdə vəziyyət’ və ‘Beynəlxalq sülh və təhlükəsizliyin qorunması’ başlıqlı 99054-cü və 99058-ci iclaslarında İran əleyhinə səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 19 =