İran: ABŞ prezident seçkilərində kimin qalib gələcəyi bizim üçün əhəmiyyətsizdir
“ABŞ-da Ağ Evə kim daxil olacaq bu bizim üçün əhəmiyyətsizdir. İranda güclü demokratiya ilə düşmənin təzyiqinin qarşısında durmaq olar.”
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın Prezident Administrasiyasının mətbuat katibi Əli Rəbii deyib.
Ə.Rəbii İsfahanda mətbuata açıqlamasında bildirib ki, İran ABŞ-da keçiriləcək prezident seçkilərində kimin qalib gələcəyi məsələsinə əhəmiyyətsiz yanaşır.
İran rəsmisi eyni zamanda ölkədə gələn il keçiriləcək prezident seçkiləri məsələsinə də toxunub və aktiv seçkilərin keçirilməsinin zəruri olduğunu deyib.
“İrandakı seçkilərdə demokratiya nə qədər zəif görünsə bir o qədər xarici təzyiq artır. Əksinə aktivlik nə qədər çox oldsa xarici təzyiqlər bir o qədər azalmış olur”, deyə Əli Rəbii təmsil etdiyi hökumətin gələn il İranda bütün şəraitə malik seçkilərin keçirilməsi üçün lazımi addımları atdığını bildirib.