İran: ABŞ və İngiltərənin Yəmənə hücumları təcavüz cinayətinin nümunəsidir

İran: ABŞ və İngiltərənin Yəmənə hücumları təcavüz cinayətinin nümunəsidir

 İran XİN sözçüsü ABŞ və İngiltərənin Yəmənin Səna, Hudeyda və Əmran əyalətlərində infrastruktur hədəflərinə yenidən hücumlarını kəskin şəkildə pisləyib.

Sizinyolun xarici medialara istinadən verdiyi məlumatına görə, İsmail Bəqai bu gün (9yanvar) deyib: Bu cinayət əməlləri Yəmən xalqının məzlum Fələstin xalqına dəstək və həmrəylik ifadə etmək əzmini sarsıda bilməz.

XİN sözçüsü ABŞ və Böyük Britaniyanın Yəmənin infrastrukturuna qarşı dəfələrlə etdiyi təcavüzlərin sionist rejimə dəstək məqsədi ilə və fələstinlilərin soyqırımına uyğun olaraq törədildiyini qeyd edərək, bu hücumları beynəlxalq hüququn açıq şəkildə pozulması və BMT Nizamnaməsinin prinsipləri və statutuna görə “təcavüz cinayəti” nümunəsi adlandırıb.

İsmail Bəqayi sionist rejimin və onun işğalçılıq siyasətləri, soyqırımını və təcavüzünü dayandırmaq üçün beynəlxalq ictimaiyyəti, xüsusilə də İslam və region ölkələrini ciddi addımlar atmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − nine =