İran: ABŞ və İngiltərənin Yəmənə hücumu region konfliktlərinin genişlənməsinə səbəbdir

İran: ABŞ və İngiltərənin Yəmənə hücumu region konfliktlərinin genişlənməsinə səbəbdir

İran İslam Respubliasının xarici işlər naziri BMT baş katibi ilə telefon danışığında Amerika və İngiltərənin Yəmənə hücumlarının böyük bir səhv olduğunu və regionda konfliktlərin yayılmasına gətirib çıxardığını deyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian dünən axşam (15 yanvar) Antonio quttereşlə telefon söhbətində sionist rejimin Qəzzə cinayətlərinə son qoymasını, Qırmızı dənizdəki son olaylar, ABŞ və İngiltərənin Yəmənə hücumları barədə fikir mübadiləsi aparıb.

İran XİN başçısı dünən rusiyalı həmkarı Sergey Lavrovla da telefon danışığında da Amerikanın Qırmızı dənizdə hərbi əməliyyatları haqda yeni qətnamə təsdiqlənmə bəhanələri uydurmasına münasibət bildirərək ABŞ-ın bu rəftarının regionu daha da təhlükə altına salacağını demişdi.

Əmir Abdullahian Qəzzədəki acınacaqlı vəziyyət barədə nigarançılığını elan edərək rəsmən İranın fələstinlilərə humanitar yardımlarını əsirgəməyəcəyini də elan edib.

Qeyd edək ki, yanvarın 11-dən 12-nə keçən gecə Amerika və İngiltərə Yəmənə hərbi hücumlara başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + three =