İran AEBA-nın iddialarına etiraz notası ilə cavab verib

İran 19 səhifəlik hüquqi notada MAQATE-nin son hesabatında irəli sürülən iddiaları rədd edib, onları qeyri-düzgün, təkrar və iftira mahiyyətli adlandırıb.
Blumberq informasiya agentliyi bu gün xəbər veribdir ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İdarə Heyətinin bazarertəsigünkü iclasından öncə diplomatlar arasında paylanan hüquqi notasında bu orqanın İranın nüvə proqramı əleyhinə olan son ittihamlı hesabatından sonrakı hərəkətini sərt şəkildə tənqid edib.Blumberq-in məlumatına görə, bu notada, İran, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossini İranın nüvə fəaliyyətləri barədə qeyri-düzgün, təkrar və iftira mahiyyətli məlumatlar təqdim etməkdə ittiham edib.Bu məlumata əsasən, iranlı diplomatlar tərəfindən işlənib hazırlanmış üç iyun tarixli bu 19 səhifəlik şərhdə deyilir ki, agentliyin müfəttişləri onlara aid olan gizli sənədlərin İran tərəfindən saxlanılması iddiasına işarə edərkən, “iftira dili”ndən istifadə ediblər.Avropa ölkələrinin Tehran-Vaşinqton nüvə müzakirələri əsnasında İrana təzyiq göstərmək üzrə cəhdlərinə toxunan Blumberq, xəbər veribdir ki, onlar İranın işini bir daha BMT Təhlükəsizlik Şurasına göndərməyə hazır olduqlarını bildiriblər. Bu addım, etibar müddətinin oktyabr ayında bitməsindən öncə İran İslam Respublikasına qarşı beynəlxalq sanksiyaların geri qaytarılması ilə nəticələnə bilər.İran öz etiraz notasının bir hissəsində xəbərdarlıq edibdir ki: Əgər sözügedən ölkələr İranın səbrindən sui-istifadə etməyi davam etdirər və öz yanlış istiqamətlərinə israr edərlərsə, İran da digər tərəflərin addımları və şəraitlərinə uyğun surətdə lazımi qərarları qəbul və icra etməyə məcbur olacaq.Tehran bundan öncə xəbərdarlıq etmişdi ki. NPT-dən çıxma İran əleyhinə qeyri-konstruktiv hərəkətlər nəticəsində həyata keçirilə bilər