İran: Amerika seçkilərinə kiberhücum və müdaxilə məqsədimiz və planımız yoxdur

İranın BMT-dəki nümayəndəliyi İranın 2024-cü ildə keçiriləcək ABŞ prezident seçkilərinə kiberhücumlar vasitəsilə müdaxilə edəcəyinə dair Microsoft-un hesabatına münasibət bildirərək bunu rədd edib və vurğulayıb: “İranın heç bir kiberhücum məqsədi və planı yoxdur və bu ölkənin daxili məsələsi olan Amerika seçkilərinə müdaxilə etmir.”
İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi cümə günü Microsoft-un İranın kiberhücumlar vasitəsilə Amerika seçkilərinə müdaxilə edəcəyinə dair hesabatı ilə bağlı sualları cavablandırarkən deyib: “İran özü ölkənin infrastrukturuna, ictimai xidmət mərkəzlərinə və sənaye sahələrinə qarşı müxtəlif kiberhücum əməliyyatlarının qurbanı olub. İranın kiber gücü müdafiə xarakteri daşıyır və üzləşdiyi təhdidlərə mütənasibdir.”
İranın BMT-dəki nümayəndəliyi əlavə edib: “İranın heç bir kiberhücum məqsədi və planı yoxdur, Amerika seçkiləri məsələsi bu ölkənin daxili məsələsidir və İran bu məsələyə müdaxilə etmir.”