İran amerikalı müfəttişlərin nüvə obyektlərinə buraxılmasını istisna etmir

İran amerikalı müfəttişlərin nüvə obyektlərinə buraxılmasını istisna etmir

Əgər Tehran və Vaşinqton İranın nüvə proqramı üzrə razılığa gələrsə, İran Beynəlxalq Atom Enerjisi Agentliyindən (BAEA) olan amerikalı müfəttişlərin ölkənin nüvə obyektlərinə buraxılması imkanını nəzərdən keçirə bilər.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Mohammad Eslami bildirib.

“Əgər biz nüvə proqramı ilə bağlı razılığa gəlsək, BAEA üçün işləyən amerikalı müfəttişlərə bizim nüvə obyektlərimizi ziyarət etməyə icazə verə bilərik”, – M.Eslami qeyd edib.

O vurğulayıb ki, İran nüvə enerjisindən yalnız dinc məqsədlər üçün istifadə edir. M.Eslami qeyd edib ki, İranın uranın daha da zənginləşdirilməsi ilə bağlı mövqeyi tamamilə qanunidir.

ABŞ və İran arasında danışıqların beşinci raundu keçən cümə günü Romada keçirilib. “The Wall Street Journal”ın mənbələrinin məlumatına görə, danışıqlar razılaşma əldə edilmədən başa çatıb, lakin tərəflər danışıqları davam etdirməyi razılaşıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 4 =