İran Avropa “üçlüyü” ilə danışıqları bərpa etmək niyyətindədir

İran Avropa “üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) ilə danışıqları bərpa etmək niyyətindədir.
“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin katibi İsmayıl Bəqai deyib.
Onun sözlərinə görə, bu üç ölkə ilə əlaqələr və danışıqlar davam edir: “Danışıqlar keçən həftə aparılsa da, müzakirələrin növbəti raundunun dəqiq tarixi hələ təyin edilməyib”.
Qeyd edək ki, tərəflər son dəfə xarici işlər nazirləri səviyyəsində iyunun 20-də Cenevrədə görüşüblər.