İran-Azərbaycan birgə sənaye şəhərciyinin inşası gündəlikdədir

İran-Azərbaycan birgə sənaye şəhərciyinin inşası gündəlikdədir

İran-Azərbaycan birgə sənaye şəhərciyinin inşası gündəlikdədir.    Maide.Az xəbrə verir ki, bunu Ərdəbil Sənaye Şəhərcikləri Şirkətinin baş direktoru Məhəmməd Əhli “Gənc Jurnalistlər Klubu”na açıqlamasında deyib.    O bildirib ki, İran-Azərbaycan birgə sənaye şəhərciyinin tikilməsi iki ölkə rəsmilərinin gündəliyindədir. “Şəhərciyin inşası investorların cəlb edilməsində və bölgə sənayesinin inkişafında müsbət tendensiyaya səbəb olacaq”.   İran- Azərbaycan birgə sənaye şəhərciyi iki ölkə sərhədinin sıfır nöqtəsində və Parsabad rayonunun Təzəkənd qəsəbəsində yaradılacağını deyən  M.Əhli qeyd eidb ki, ölkənin yoxsul bölgələrində sərhədyanı sənaye şəhərciyinin yaradılması həmin regionların inkişaf etməsi və iş yerlərinin açılmasına töhfə verəcək. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 9 =