İran- Azərbaycan Birgə Texniki Komissiyasının iclası öz işinə başladı

İran- Azərbaycan Birgə Texniki Komissiyasının iclası öz işinə başladı

İran- Azərbaycan Birgə Texniki Komissiyasının iclası öz işinə başladı.  

Maide.Az İRNA-a istinadla xəbər verir ki, “Xudafərin” və “Qız qalası” su anbarı və “Ordubad”, “Marazad” hidroelektrik stansiyalarının istismara verilməsi və bu sahədə əməkdaşlığa dair İran- Azərbaycan Birgə Texniki Komissiyasının iclası bazar ertəsi günü Naxçıvanda öz işinə başlayıb.  

Görüşdə tərəflər sözügedən layihələr çərçivəsində əməkdaşlığın necə davam etdiriləcəyi barədə fikir mübadiləsi aparıblar.  

Müştərək texniki komissiyanın iclasları üç gün müddətində davam edəcək.  

Azərbaycanla İran arasında Araz çayı üzərindəki Xudafərin və Qız Qalası su bəndlərinin və elektrik stansiyalarının inşası və istismarı haqqında Saziş 12 fevral 2017-ci il tarixində Tehranda imzalanıb və həm də iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + eighteen =