İran Azərbaycan-Ermənistan danışıqları üçün platforma təklif edir

İran Azərbaycan və Ermənistan arasında münaqişənin dinc yolla nizamlanmasına tam dəstəyini ifadə edib.
Oxu.Az “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə bəyan edib.
“Biz bu sülh təşəbbüsünü və sülh sazişini tam dəstəkləyirik. Biz rəsmi şəkildə bildirdik ki, hər iki ölkənin bütün səylərinin 100 faiz arxasındayıq. Tehran hesab edir ki, onlar nə qədər tez razılığa gəlsələr, hamı üçün, o cümlədən Azərbaycan və Ermənistanın özləri, İran üçün də bir o qədər yaxşıdır. Tehran hər iki tərəfə danışıqlar üçün platforma təqdim etməyə hazırdır” , – deyə o vurğulayıb.
S.Xətibzadə qeyd edib ki, münaqişə birgə layihələrin inkişafına mane olur. O, ölkələrin suverenliyinə təhlükə yarada biləcək nəqliyyat dəhlizlərinə qarşı xəbərdarlıq edərək, belə bir şeyin ola bilməyəcəyini vurğulayıb.