İran Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırdır

İran Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırdır

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Azərbaycan və Ermənistan sərhədyanı ərazilərində yeni hərbi münaqişələrin yaranması ilə bağlı narahatlığını ifadə edib və iki ölkəni təmkinli olmağa və münaqişənin genişlənməsindən çəkinməyə çağırıb.

İran Dövlət Departamentinin sözçüsü ölkələrin beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərə hörmət etməsinin vacibliyini vurğulayaraq hər iki tərəfi fikir ayrılıqlarını dialoq və sülh yolu ilə həll etməyə çağırıb.

Xətibzadə hazırkı gərginliyi regionda sülh və tərəqqinin tədricən əldə olunması prosesi üçün təhlükəli adlandaraq deyib: “İran İslam Respublikası keçmişdə olduğu kimi, mübahisələrin həllində, regionda sabitlik və təhlükəsizliyin bərqərar olunmasında tərəflərə yardım etməyə tam hazırdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one − 1 =