İran: “Azərbaycanla təxminən 15 böyük milli layihəmiz var”

İran: “Azərbaycanla təxminən 15 böyük milli layihəmiz var”

İranın Bakıdakı səfiri Seyyid Abbas Musəvi dünən videokonfrans vasitəsilə İranın Şərqi Azərbaycan valisi və bu vilayətin iş adamları ilə görüşüb.Musəvi Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Tehrana son səfərinə toxunaraq, “İkitərəfli münasibətlərin müzakirə olunduğu görüş zamanı azərbaycanlı nazir ölkəsinin İran şirkətlərinin Qarabağın işğaldan azad edilmiş bölgələrin yenidən qurulması prosesində fəal rol oynamalarını istədiyini bildirib”, – deyə ifadə edib.

Musəvi “Dünən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbəri ilə görüşdüm. Azərbaycan tərəfi İranla əməkdaşlıq müqaviləsi imzalamaq istədiyini söyləyib”, – deyə bildirib.

Musəvi sözlərinə belə davam edib: “Azərbaycan Respublikasında dəmir yolu və sənaye sahələrinin inşası, tibbi əczaçılıq, qida məhsulları, traktor və avtobus istehsalı da daxil olmaqla təxminən 15 böyük milli layihəmiz var”.

Səfir Musəvi Tehran ilə Bakı arasında güzəştli ticarət müqaviləsinin yaxın vaxtlarda imzalanacağını açıqlayıb.

İranın Bakıdakı səfiri “Azərbaycan Prezidenti İlham Əliyev dost ölkələrdən, xüsusən də İranı Qarabağın yenidən qurulmasında iştirak etməyə dəvət edib. Bu məsələ birbaşa və dolayı yolla İrana bildirilib”, – söyləyib.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × one =