İran Bəhreyndə İsrail səfirliyinin açılmasına münasibət bildirib
“Şübhəsiz Təl-Əvivin bölgə və Bəhreyn üçün edəcəyi ərməğan təhlükə və sabitsizlikdir.”
Mehr agentliyi xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan rəsmi tvitter səhifəsində yazıb.
İsrailin xarici işlər naziri Yair Lapidin Mənaməyə səfəri və burada İsrail səfirliyinin açılışını etməsinə münasibət bildirən İran XİN rəhbəri qeyd edib ki, Təl-Əvivin region və Bəhreyn üçün gətirəcəyi ərməğan təhlükə və sabitsizlikdir.
“Bəhreyn hakimiyyətinin saxta sionist rejimini qarşılaması məzlum və müqavimətçi Fələstin xalqına qarşı açıq-aşkar bir xəyanətdir. Biz indi bir ölkə tanıyırıq onun da adı Fələstind, paytaxtı da Qüdsdür”, deyə İran XİN rəhbəri Bəhreyn hakimiyyətini kəskin tənqid edib.
Faktxeber