İran Bankının Bakı Filialının kredit portfeli 41% azalıb

İran Bankının Bakı Filialının kredit portfeli 41% azalıb

“Bank Melli İran”ın Bakı filialı 2024-cü ilin birinci yarım ili üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində “Bank Melli İran” Bakı filialının xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 65% artaraq 3 milyon 436,8 min manat təşkil edib. 2023-ci ilin ilk 6 ayında bankın xalis mənfəəti 2 milyon 83 min manata bərabər idi.

Hesabat dövründə bankın xalis faiz gəlirləri 60.7% artaraq 2 milyon 403.4 min manat, inzibati xərcləri isə 20.4% azalaraq 758.7 min manat təşkil edib. Bankın aktivlər üzrə ehtiyatların yaradılması hesabından ayırmalar 42% artaraq 1.9 milyon manata bərabər olub. Xalis mənfəətin artması Bankın ehtiyatdan qayıdan vəsaitin artması ilə əlaqədardır.

Cari ilin 6 ayı ərzində “Bank Melli İran”ın Bakı filialının aktivləri 6% və ya 6.9 milyon manat azalıb. Belə ki, bankın cəmi aktivləri 121 milyon 764.4 min manatdan 114 milyon 855.8 min manata enib. Bankın nağd pul vəsaitləri ilin əvvəli ilə müqayisədə 11.6% və ya 5.4 milyon manat azalaraq 40 milyon 879 min manat, kredit portfeli ( müştərilərə verilmiş kreditlər) isə 41% və ya 1 milyon 685.2 min manat azalaraq 2 milyon 393 min manat təşkil edib.

2024-cü ilin iyul ayının 1-nə bankın cəmi öhdəlikləri 12.8% azalaraq 70.2 milyon manata enib. Bu ilin 6 ayı ərzində bankın müştəri hesabları isə 19% və ya 8 milyon 382 min manat azalaraq 35.6 milyon manata enib.

73 milyon 611 min manat nizamnamə kapitalı olan “Bank Melli İran”ın Bakı filialının yığılmış zərəri əldə olunmuş mənfəət hesabına 32.4 milyondan 29 milyon manata enib. Beləliklə cari ilin iyul ayının 1-nə bankın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 8.4% artaraq 44 milyon 593,8 min manat təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + three =