İran Baş prokurorunun müavini: Xəzəryanı dövlətlər dənizin biomüxtəlifliyini qorumalıdır

İran Baş prokurorunun müavini: Xəzəryanı dövlətlər dənizin biomüxtəlifliyini qorumalıdır

Xəzəryanı dövlətlər dənizin biomüxtəlifliyini qorumalıdır.

Bunu İranın Baş prokurorunun müavini Qolam Abbas Torki Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşü zamanı deyib.

“İlk növbədə, “Crocus City Hall”da baş vermiş terror aktı ilə əlaqədar Rusiyaya başsağlığı vermək istərdik. Xəzərin mühafizəsinə gəlincə, hazırda onun mühafizəsi ilə bağlı 200-dən çox sənədimiz var. Bu sənədlər Xəzərin resurslarından hər hansı sui-istifadə hallarının qarşısının alınması üçün mühümdür”, – o bildirib.

Onun sözlərinə görə, bu problemi həll etmək üçün müvafiq idarəetmə rıçaqlarının formalaşdırılması çox vacibdir: “Bu işdə prokurorluq orqanlarının xüsusi rolu olacaq. Bugünkü görüş gələcək əməkdaşlıq üçün perspektivlər açır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − ten =