İran Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələrini qəbul etməyə hazırlaşır

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələrini qəbul etməyə hazırlaşır

“İran bir neçə həftədən sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) texniki nümayəndə heyətini qəbul etməyi planlaşdırır”.

Oxu.Az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Nyu-Yorka səfəri zamanı İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi jurnalistlərə bildirib.

“Biz əslində BAEA-nın texniki nümayəndə heyətini qəbul etməyə razılaşmışıq. Bu modallığı müzakirə etmək üçün iki-üç həftə ərzində heyət İrana səfər edəcək”.

İran xarici işlər nazirinin müavininin sözlərinə görə, ölkə nüvə obyektlərinə dəyən zərərin qiymətləndirilməsini davam etdirir.

Qəribabadi əlavə edib ki, “Avropa üçlüyü” İrana qarşı sanksiyaları bərpa etmək qərarına gəlsə, Tehran müvafiq cavab verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + nine =