İran beynəlxalq ictimaiyyətin İsrail rejiminə cavab verməsini tələb edir

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi beynəlxalq ictimaiyyətdən Livan və Fələstində İsrail cinayətlərini dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.
Əl Aləm telekanalının məlumatına ə sasən, Əli Bəhreyni Beynəlxalq Qırmızı Xaç Komitəsi rəhbərliyi və BMT İnsan Hüquqları üzrə Ali Komissiyasına ayrı-ayrılıqda iki məktub yazaraq sionist rejimin son cinayətləri barədə ciddi tədbirlər görülməsini tələb edib.
Sentyabrın 9-da İsrailin Beyruta hava hücumları nəticəsində Hizbullah baş katibi və onun yoldaşları, o cümlədən komandiri Abbas Nilfarushanın şəhid edilməsini xatıladan Bəhreyni bu hücumları qəti şəkildə qınayaraq beynəlxalq ictimaiyyətdən bunun layiqincə cavblandırılmasını istəyib.