İran bir İsrail «cəsusu» qarşılığında üç vətəndaşını azad etdiyini bildirib
İran Avstraliya və Britaniya vətəndaşlığı olan Kayli Mur-Qilbert adlı 33 yaşlı xanımı qarşı tərəfə təhvil verməklə, ABŞ-ın təqibi və təzyiqi ilə saxlanılan 3 İran vətəndaşını azad edib.
SalamNews İranın dövlət telekanalına (İrib.ir) istinadla xəbər verir ki, iki il öncə ölkə ərazisində saxlanılan İsrail cəsusu Kayli Mur-Qilbert Avstraliyaya təhvil verilib.
Əlavə edilib ki, bunun qarşılığında biri iş adamı olmaqla üç İran vətəndaşı təhvil alınıb.
Qeyd edək ki, iranlılar ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaq ittihamı ilə ölkə xaricində saxlanılmışdılar.
Şərqşünas olduğu deyilən 33 yaşlı Kayli Mur-Qilbert isə İran tərəfindən İsrailə cəsusluqda ittihamlandırılıb.