İran: Biz danışıqlar üçün yalvarmayacağıq

İran: Biz danışıqlar üçün yalvarmayacağıq

Xarici İşlər Nazirliyinin sözçüsü İranın ABŞ-la aparılan danışıqlarla bağlı açıqlama verərək, Amerikanın yanaşmalarını nəzərə alaraq, lazımi vaxtda qərar veriləcəyini vurğulayıb.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata görə, İsmail Bəqai bu gün (13 yanvar) həftəlik brifinqində deyib: Biz müzakirə üçün yalvarmayacağıq. Bu, qarşılıqlı maraq və hörmətin tanınması ilə əldə edilə bilən ikitərəfli bir yoldur.

CBS müxbirinin ABŞ ilə danışıqlarla bağlı sualına cavab olaraq Bəqai deyib: Bizim dialoqla bağlı mövqeyimiz ardıcıl mövqedir. Mən bunu hər həftə təkrar edirəm və İran həmişə buna hazırdır. Biz etibarlı olduğuna inandığımız şübhələrin aradan qaldırılmasını istəyirik. Biz heç vaxt danışıqlar masasından ayrılmadıq. Hal-hazırda Cenevrədə İran və üç Avropa ölkəsi arasında geniş spektrli məsələlər üzrə danışıqlar gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − one =