İran bu tarixdə Rusiya ilə ANLAŞACAQ -Abdullahiyan AÇIQLADI
Publika.az “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.
“Bu müqavilə ilin sonuna qədər Tehranda və ya Moskvada imzalanacaq”, – nazir bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə Səmərqənddə keçirdiyi görüşdə qeyd edib ki, İranla yeni saziş üzərində iş son mərhələdədir.
Onun sözlərinə görə, Moskva ilə Tehran arasında əməkdaşlıq müsbət inkişaf edir, ticarət dövriyyəsi artır.
Publika.az