İran Cənubi Koreyadan təzminat tələb edir

İran Cənubi Koreyadan təzminat tələb edir

Publika.az “CNN Türk” kanalına istinadən xəbər verir ki, İran ABŞ-ın sanksiyaları səbəbiylə 6 milyard dollarlıq aktivlərini banklarda saxladığına görə Cənubi Koreyaya qarşı qarşı 850 milyon dollar təzminat tələbi ilə məhkəməyə müraciət edib. İran dəymiş maddi ziyana görə açılan iddiada Seul administrasiyasını “hərəkətsizlik”də və “pul köçürməsini gecikdirməkdə” günahlandırıb.

Bildirilir ki, Tehran və Vaşinqton administrasiyası avqustun 10-da İranın Cənubi Koreyada olan 6 milyard dollarlıq aktivlərinin azad edilməsi və məhbusların dəyişdirilməsi ilə bağlı razılığa gəlib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 17 =