İran Cavad Zərifin qalmaqallı müsahibəsilə bağlı 15 nəfərin ölkədən çıxmasına qadağa qoyub

İran Cavad Zərifin qalmaqallı müsahibəsilə bağlı 15 nəfərin ölkədən çıxmasına qadağa qoyub

İran Məhkəməsi xarici işlər naziri Məhəmməd Cavad Zərifin məxfi müsahibəsinin “oğurlanması” və xarici telekanallara sızdırılması ilə bağlı ilk addımını atıb.

Bu barədə İranın Məhkəmə Hakimiyyətindəki mənbələr məlumat veriblər.

Bildirilib ki, Cavad Zərifin müsahibəsilə bağlı 15 nəfərin ölkədən çıxışına qadağa qoyulub.

Əlavə edilib ki, bu şəxslər müsahibənin götürülməsi və onun qorunması ilə bağlı olan şəxslərdir.

Bundan öncə Həsən Ruhani ölkə Kəşfiyyatından istəmişdi ki, arxivləşdirilmək üçün verilən məxfi müsahibənin “oğurlanması” və ya sızdırılmasında əli olanlar müəyyənləşməli və sərt cəzalandırılmalıdırlar.

Qeyd edək ki, bu müsahibə Səudiyyə Ərəbistanın maliyyələşdirdiyi farsdilli “İran İnternational” telekanalından yayımlanıb. Cavad Zərif burada hökumət, dövlət və hərbi orqanlar arasında cari proseslərlə bağlı ixtilaflardan söz açıb.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 16 =