İran Fars körfəzi sularında Yunanıstanın iki neft tankerini ələ keçirib-Foto
İran Əsləviyyə və Lenge limanı yaxınlığında Yunanıstana məxsus iki neft daşıyan tankeri ələ keçirib və onların bayraqlarını endirib.
Fars körfəzində ələ keçirilən iki yunan tankerinin adları “Prudent Warrior” və “Delta Poseidon”dur.
İki gəmi Fars körfəzində biri Əsləviyyə yaxınlığında, digəri isə Hindurabi adası yaxınlığındakı Lenge limanıda ələ keçirilib. İranın bu addımı Yunanıstan səfirliyinin Tehrandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılaraq piratçılıqdan əl çəkməsi tələbindən sonra atılıb.
Yunanıstan keçən ay İran bayrağı dalğalanan gəmini ələ keçirib. Reuters Yunanıstanın nefti ABŞ-a təhvil verdiyini iddia edib.
İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Şöbəsi verdiyi açıqlamada bildirib: Bu gün (cümə) İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Fars körfəzinin mavi sularında törətdiyi pozuntulara görə iki Yunan neft tankerini ələ keçirib.