İran Fars Körfəzində ABŞ hərbi donanması ilə ölkənin hərbi qayıqları arasında yaranan gərginliyə münasibət bildirib

İran Fars Körfəzində ABŞ hərbi donanması ilə ölkənin hərbi qayıqları arasında yaranan gərginliyə münasibət bildirib

Sepah yeddi gəmidən ibarət ABŞ donanmasını qeyri peşəkar davranmaqda ittiham edib və xəbərdarlıq məqsədilə atəş açdığını bildirib.

Bu barədə İranın İslam İnqilabının Keşikçilər Korpusu bəyanat verib.

Bildirilib ki, yeddi gəmidən ibarət ABŞ donanması İran qayıqlarının Fars Körfəzində rutin nəzarət patrulu zamanı qeyri peşəkar davranıb. Əlavə edilib ki, donanmanı müşayiət edən helikopterlər yaxından uçublar və gəmilərdən də atəş açılıb.

Sepah-ən bəyanatında bildirilib ki, İranın hərbi qayıqları da xəbərdarlıq atəşi açıblar və az sonra ABŞ gəmiləri öz yoluna davam edib.

Qeyd edək ki, eyni iddianı Pentaqon irəli sürmüş, İran qayıqlarının həddən çox yaxınlaşdığını və ABŞ gəmilərindən xəbərdarlıq məqsədilə atəşin açıldığını bildirmişdi.

Bu arada Cavad Zərif rəsmi tvitter səhifəsində ABŞ-dan Fars körfəzinə 7 min km məsafəni əks etdirən foto paylaşıb və “ABŞ qüvvələri bu qədər uzaqda nəyi qoruyurlar”, deyə sualını verib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × three =