İran gələn aya qədər nüvə sazişinin tam şəkildə bərpa ediləcəyinə ümidvar olduğunu bildirib

İran gələn aya qədər nüvə sazişinin tam şəkildə bərpa ediləcəyinə ümidvar olduğunu bildirib

 “Hazırki Administrasiyanın dövründə nüvə sazişinin tam şəkildə bərpa edilməsinə ümidvarıq”

Bunu İran Hökumətinin sözçüsü Əli Rəbii deyib.

Ə. Rəbii bu gün keçirilən mətbuat konfransında Vayanda nüvə sazişilə bağlı aparılan danışıqların vəziyyətindən danışıb və bildirib ki, hazırki hökumətin müddəti bitməmiş bu sazişin tam şəkildə bərpa edilməsinə imidvardır.

İran rəsmisi hazırki nüvə danışıqlarında siyasi dalanın olması fikrini də rədd edib.

Qeyd edək ki, İranda prezident seçkiləri cari ayın 18-də keçiriləcək.

Əli Rəbii eyni zamanda qarşıda gələn seçkilərə münasibət bildirib və ölkə xalqını bu siyasi prosesə aktiv şəkildə qatılmağa çağırıb və prinsiplərinə ən yaxın olan namizədləri seçmələrini istəyib.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =